Caner Erkin cəzalandırılıb

Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın futbolçusu Caner Erkini cəzalandırıb. TFF-in rəsmi saytında yer alan xəbərə görə, superliqanın son turunda "Başakşəhər"lə oyunda matçın baş hakimi Mete Kalkavanı təhqir edən müdafiəçiyə 6 oyunluq cəza verilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən ildən "Beşiktaş"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə