"Porto" İker Kasilyasla yollarını ayırmaq niyyətindədir

"Porto" İker Kasilyasla yollarını ayırmaq niyyətindədir

Son dövrlər maliyyə məsələlərində müəyyən problemlərlə üzləşən "Porto" məşhur futbolçusu ilə yolları ayırmağı planlaşdırır. SİA-nın məlumatına görə, Portuqaliya klubu ildə 5 milyon avro maaş alan qapıçısı İker Kasilyası göndərməyi düşünür. İnamlı çıxış etməməsi səbəbindən əsas heyətdəki yerini də itirən qolkiperin klubdan ayırlması ehtimalı yüksəkdir.

Sözügedən futbolçunun "Porto"dan ayrılmasından sonra klub rəhbərliyi maliyyə məsələlərində bəzi irəliləyişlərə nail olmağı hədəfləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə