“Azərreyl” Türkiyədə “Çağırış Kuboku” yarışlarına hazırlaşır

“Azərreyl” Türkiyədə “Çağırış Kuboku” yarışlarına hazırlaşır

Xəbər verdiyimiz kimi, Azərbaycanın "Azərreyl" voleybol klubu  Avropa "Çağırış Kuboku" yarışlarında ilk oyununu oktyabrın 10-da keçirəcək. SİA-nın məlumatına görə, ilk matçda voleybolçularımız Maltanın "Paola" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda Türkiyədə hazırlıq keçən komanda yerli "Günəşsığorta" və "Beşiktaş" komandaları ilə yoxlama oyunları keçirib.

Xatırladaq ki, "Azərreyl" və "Paola" klubları arasında cavab görüşü oktyabrın 17-də Bakıda, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə