“Lester”də yeni baş məşqçi

“Sauthempton” futbol klubunun baş məşqçisi Klod Pyuel “Lester” ilə müqavilə bağlayıb. SİA-nın məlumatına görə, fransalı mütəxəssislə 2020-ci ilədək saziş imzalanıb. “Lester” “Everton” ilə oyuna Klod Pyuelin rəhbərliyi altında çıxacaq.

Daha əvvəl klub rəhbərliyi komandanın uğursuz çıxışına görə baş məşqçi Kreyq Şekspiri istefaya göndərmişdi. Kreyq Şekspirin gedişindən sonra “Lester” Maykl Eppltonun rəhbərliyi altında iki oyun keçirib.

Qeyd edək ki, “Lester” İngiltərə çempionatında 9 turdan sonra 9 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə