Robert Prosineçki: "Azərbaycanda iş görmək üçün yaxşı şərait var"

Robert Prosineçki: "Azərbaycanda iş görmək üçün yaxşı şərait var"

Robert Prosineçki Azərbaycan millisində qala bilər. SİA-nın məlumatına görə, bu barədə mütəxəssis xarici mətbuata açıqlamasında deyib: "Böyük ehtimalla bu gün Azərbaycan yığmasından yeni müqavilə təklifi alacağam. Artıq bunun əlamətləri görünür. Bakı həqiqətən gözəl, möhtəşəm şəhərdir. Burada iş görmək üçün yaxşı şərait var. Düşünürəm ki, Azərbaycanda məni qiymətləndirirlər".

O qeyd edib ki, Bakıda özünü yaxşı hiss edir: “Uşaqlarım beynəlxalq məktəbdə təhsil alırlar. Heç kim millinin nəticələrini qiymətləndirməyə bilməz. Amma deyə bilmərəm ki, mənim istəklərimə tam cavab verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə