Futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib NƏTİCƏLƏR

Futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib NƏTİCƏLƏR

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib. SİA-nın məlumatına görə, turun “CBC Sport” televiziya kanalı ilə canlı yayımlanan ilk oyununda “Marafon” qələbə qazanıb. “Yasamal”la görüşdə fasiləyə 3:0 hesabı ilə qalib yollanan debütant ikinci hissədə bu üstünlüyünü əldən verməyə yaxın olsa da, son dəqiqələrdə rəqibin səhvlərindən istifadə edərək, matçı qalib başa vurub.

Çempion “Araz” isə gözlənildiyi kimi, turu 3 xalla başa vurub. Ölkə çempionu debütant “FK İD Futsal”a şans verməyib.

Son oyun isə daha maraqlı alınıb. Autsayder “Xəmsə” “Neftçi” İK ilə qarşılaşmada fasiləyə hesabda üstün yollansa da, ikinci hissədə müqavimət göstərə bilməyib. Təcrübəli “Neftçi” İK ardıcıl qollar vurmaqla ötən turdakı yenilginin davamına imkan verməyib.

Futzal, Yüksək Liqa
4-cü tur
25 oktyabr

“Marafon” – “Yasamal” (3:0) 5:2
Qollar:
O. Oraz, 13:42, M. Moravati, 15:44, Renat Sultanov, 19:43, R. Səfiyarov, 38:41, 39:30 // B. Amani, 32:18, R. Toloui, 37:50.

“FK İD Futsal” – “Araz” (0:4) 1:6
Qollar:
A. Ağayev, 25:28 // M. Da Silva, 1:46, 6:49 T. Thaqo, 5:32, 32, X. Bağırov, 11:37, K. dos Santos, 27:12.

“Neftçi” İK – “Xəmsə” (0:2) 7:4
Qollar:
T. Qurbanov, 23:58, 24:17, S. Cavidi, 24:36, D. Xolerdi, 31:46, R. Balakişiyev, 32:28, 38:37, O. Baxşəli, 34:41 // S. Əmirov, 6, 9, R. Cəlilov, 28:39, Ə. Həsənov, 36:49 (10 m.)

Bütün xəbərlər Facebook səhifəmizdə