2 boksçumuz Avropa çempionatının yarımfinalında!

2 boksçumuz Avropa çempionatının yarımfinalında!

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində dörddəbir final mərhələsinə yekun vurulub. Mərhələnin sonuncu günündə Azərbaycan millisinin dörd üzvü rinqə çıxıb. Onlardan daha ikisi yarımfinala yüksəlməklə bürünc medalı təmin ediblər.

Azərbaycan Boks Federasiyasının məlumatında deyilir ki, 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsən İbrahimov Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayıb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Yetmiş beş kiloqram çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov da döyüşü qələbə ilə bitirib. O, fransalı Moreno Fenderonu 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı dördə çatıb. Oktyabrın 27-də keçiriləcək döyüşlərdə Həsən İbrahimov (49 kq) Sahil Alahverdovı ilə (Gürcüstan), Amin Kuşkov (75 kq) İvan Papakinlə (Ukrayna), Surət Qarayev (81 kq) Ruslan Kolesnikovla (Rusiya) və Məhəmməd Abdullayev (+91 kq) Yosip Biletiçlə (Xorvatiya) qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə