Çexiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Qol.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Mlada Boleslav" səfərdə "Domazlise"nin qonağı olub və 4:2 hesabı ilə qalib gəlib.
Kamran Ağayev start heyətdə meydana çıxıb və 90 dəqiqə qapını qoruyub. Bu qələbə ilə "Mlada Boleslav" növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, Çexiya çempionatının son turunda 90 dəqiqə meydanda olan Ağayev qapısından 5 top buraxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB