Unibank Premyer Liqasında yaranmış qısa fasilədən istifadə edərək "Xəzər-Lənkəran" Türkiyənin Antaliya şəhərinə bir həftəlik təlim-məşq toplanışına yollanıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 37 nəfərdən ibarət heyət "Mardan Palace" otelində qalıb məşqlərini keçirəcək. Heyətə futbolçular Kamran Ağayev, Davit İmedaşvilli, Denis Romanovs, Elnur Allahverdiyev, Elvin Beqiri, Radomir Todorov, Rahid Əmirquliyev, Alim Qurbanov, Ruslan Poladov, Adrian Iordake, Katalin Doman, Uinston Parks, Asif Məmmədov, Diego De Souza, Kristian Kabral, Stanku Stelian, Konstantin Arbanas, Ramazan Abbasov, Diego Ruiz, Allan Lalin, Xaqani Məmmədov və Emeka Opara daxildir. Həmçinin heyətə əvəzedicilərdən 4 nəfər də dəvət olunub. Bunlar Fikrət Hacıyev, Emin Əliyev, Ruslan Həsənov və Sadiq Ramazanovdur.
Bundan başqa baş məşqçi Mirça Rednik, onun köməkçisi Mihay Teja, qapıçılarla iş üzrə məşqçi Hafiz Əliyev, komandanın rəisi Səməd Mustafayev, baş həkim Boris Xetaqurov, massajist Rövşən Muradov, fizioterapevt Ruslan Şərifov, məşqçi-inzibatçı Fərrux Ağayev, tərcüməçi Elvar Quliyev, inzibatçı Bəhməndiyar Heydərov və jurnalist Hüseyn İsmayılov da heyətin tərkibindədirlər.
Antaliyaya səfər çərçivəsində komanda bir neçə yoldaşluq oyunları keçirəcək.
Cənub təmsilçisi oktyabrın 13-də vətənə dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB