"Neftçi" "Qarabağ"la yoldaşlıq görüşü keçirəcək

"Neftçi" "Qarabağ"la yoldaşlıq görüşü keçirəcək
Azərbaycan milli komandasının Avropa çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla bağlı Unibank Premyer Liqasında qısa fasilə yaranıb. "Neftçi" klubunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, flaqman bu fasilədən istifadə edib yoxlama görüşü keçirməyi planlaşdırır. Belə ki, paytaxt təmsilçisi oktyabrın 12-də "Qarabağ"la qarşılaşacaq. ADBTİA-nın stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə