"Real"ın prezidenti Florentino Peres açıqlama verib. SİA-nın məlumatına görə, "kral klubu"nun rəhbəri "Tottenhem"in forvardı Harri Keyn barədə danışıb. O, adı Madrid klubu ilə hallanan ingilis futbolçunun transfer qiyməti barədə söz açıb: "Keyn üçün "Tottenhem"dən transfer qiyməti soruşmadım, çünki 250 milyon avro tələb edə bilərdilər. Biz hazırda Kərim Benzemadan çox məmnunuq".
Qeyd edək ki, 24 yaşlı hücumçu 2009-cu ildən "Tottenhem"in əsas komandasında çıxış edir. London klubu Keyni 4 dəfə icarəyə də verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB