“Red Bull” komandasının pilotu Maks Ferstappen ABŞ Qran-Prisində fəxri kürsüyə çıxmağa hazırlaşarkən cəza səbəbindən üçüncülüyü əldən verdiyinə görə əsəbləşib və mediaya açıqlama verərkən yarışın hakimi Qarri Konnellini təhqir edib.
SİA-nın məlumatına görə, o, “Sky”a müsahibəsində “Bir axmaq hakim davamlı olaraq mənim əleyhimə qərar qəbul edir”,- deyə ədalət təmsilçisinin ünvanına təhqiredici söz işlədib. Daha sonra hollandiyalı pilot başqa bir televiziyaya açıqlamasında eyni hakimə “manqol” deyib.
Fikirlərinə aydınlıq gətirən sürücü bu sözləri pis niyyətlə demədiyini bildirib: “Hadisə baş verən zaman isti-isti bəzi sözlər deyilir. Ancaq pis bir şey söyləmək fikrim yox idi. Heç kimi təhqir etmək istəməmişdim. Bu, bir anda oldu”.
M.Ferstappen Beynəlxalq Avtomobil Federasiyasnın (FİA) artıq hakimlik sisteminə dəyişiklik etməsinin vacibliyini bildirib. O, bir çox insanın hakimlik sisteminin dəyişməsini istədiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB