“Deportivo” baş məşqçi Pepe Mellə yolları ayırıb

“Deportivo” baş məşqçi Pepe Mellə yolları ayırıb

İspaniyanın “Deportivo” klubu baş məşqçisi Pepe Mellə yolları ayırıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, komandanın bu mövsüm uğursuz çıxışı 54 yaşlı məşqçinin vəzifəsindən göndərilməsi ilə nəticələnib. Onu mövsümün sonunda qədər əvəzedici komandanın baş məşqçisi Kristobal Parallo əvəz edəcək.
Qeyd edək ki, Pepe Mel bu ilin fevral ayından “Deportivo”nu çalışdırırdı. Onun rəhbərliyi alıtndan komanda bu mövsüm 9 oyuna 8 xal yığıb və 16-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə