“Portu”nun qapıçısı İker Kasilyas qışda komandadan ayrıla bilər. Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, səbəb klubun maliyyə problemləri ilə üzləşməsidir. Klub rəhbərliyi ilinə 5 milyon avro qazanan ispaniyalı qolkiperi göndərməklə büdcəyə qənaət etmək fikrindədir.
Qeyd edək ki, 36 yaşlı qapıçı 2015-ci ildən “Portu”da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB