"Everton"u müvəqqəti olaraq Devid Ansvort çalışdıracaq

"Everton"u müvəqqəti olaraq Devid Ansvort çalışdıracaq

"Everton"un müvəqqəti baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, Ronald Kumanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə müvəqqəti olaraq gənclər komandasının çalışdırıcısı Devid Ansvort təyin edilib.

Qeyd edək ki, D.Ansvort ötən mövsüm Roberto Martinesin ayrılmasından sonra da müvəqqəti olaraq əsas komandanı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə