“Atletiko" kapitanı ilə yeni müqavilə imzalayacaq

“Atletiko" kapitanı ilə yeni müqavilə imzalayacaq

“Atletiko Madrid” futbol klubu kapitanı Qabi ilə yeni müqavilə imzalamağa hazırlaşır. SİA-nın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2019-cu ilin iyununadək uzadılması barədə razılıq əldə olunub. Qabinin bu həftə Madrid klubu ilə yeni müqaviləyə imza atacağı gözlənilir.

Otuz dörd yaşlı oyunçunu komandada saxlamağın əsas təşəbbüskarı baş məşqçi Dieqo Simeonedir.

Qeyd edək ki, Qabi cari mövsüm La Liqada 8 matçda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə