Pedro Rodrigez 3 həftə yaşıl meydanlardan uzaqda qalacaq

Pedro Rodrigez 3 həftə yaşıl meydanlardan uzaqda qalacaq

"Barselona" klubunun üzvü ispan futbolçu Pedro Rodrigez 3 həftə yaşıl meydanlardan uzaqda qalacaq. SİA-nın məlumatına görə, futbolçu dünən "Mallorka" ilə oyunda zədələnib. Futbolçunun ayaq əzələsinin dartıldığı bildirilir.

Qeyd edək ki, Pedro İspaniya milli kamandasının tərkibində Avropa çempionatının seçmə oyunları çərçivəsində keçiriləcək Litva və Şotlandiya ilə oyunlarda da forma geyinə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə