Azarkeşlər "Çelsi"nin futbolçusunu tənqid ediblər

"Çelsi" azarkeşləri yay transfer pəncərəsində "Monako"dan 45 milyon avroya transfer edilən Temue Bakayokaya qarşı əsəbidilər. SİA-nın məlumatına görə, buna səbəb futbolçunun verdiyi sözünün üstündə durmamasıdır.

Belə ki, 23 yaşlı futtboçu Premyer Liqada ilk qolunu vurduqdan sonra saçlarını mavi rəngə boyayacağını bəyan etmişdi. Bu sözlərdən sonra fransız futbolçu "Kristal Pelas"a qol vurmuşdu. Ancaq Bakayoko "Roma" və "Uotford"la oyunlara ənənəvi saç stili ilə çıxıb. Bunu London klubunun azarkeşləri qəbul etməyib və sözünün üstündə durmayan yarımmüdafiəçini sosial şəbəkə hesablarında tənqid ediblər.

Qeyd edək ki, Bakayoko ÇL-də "Çelsi" - "Qarabağ" matçında (6:0) təmsilçimizə qol vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə