Braziliyanın əfsanəvi futbolçularından olan Romario millət vəkili seçilib. SİA-nın məlumatına görə, Braziliyada təşkil olunmuş seçimlərin nəticələri açıqlanıb və Romarionun deputatlığı rəsmi şəkildə təsdiq olunub. Futbolçu təxminən 136 milyon insanın iştirak etdiyi seçkilərdə Brazliya Sosialist Partiyasının nümayəndəsi olaraq Rio əyalətindən millət vəkili seçilib. Siyasi təcrübəsi olmayan futbolçu vəzifəsinin icrasında ilk öncə Rio əyalətində yoxsul gənclər üçün idman mərkəzləri quracağını və şikəst uşaqlara sosial yardım ediləcəyini bildirib.
Xatırladaq ki, Romario "Flamenqo", "Vasko da Qama", "Fluminense", PSV "Endhoven", "Barselona" və "Valensiya" klublarının şərəfini qoruyub, 3 il öncə isə futbol kariyerasına son qoyaraq Braziliya Sosialist Partiyasına üzv olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB