"Neftçi"dən növbəti qələbə

"Neftçi” PFK-nın U-17 komandası ikinci dəfə ardıcıl qələbə qazanıb. SİA-nın məlumatına görə, komanda Bakcell U-17 Liqasının 7-ci turunda "Neftçi” İK İB-ni 3:2 hesabı ilə məğlub edib. "Neftçi”nin heyətində Nicat Musayev və Tural Məmmədli fərqləniblər. Bir dəfə isə avtoqol qeydə alınıb.

U-17 ilə yanaşı, U-15, U-12, U-11, U-10 və U-9 komandaları da son turda qalib gəliblər. U-14 komandasının oyunu isə təxirə salınıb. Nəticələri təqdim edirik:

U-17 Liqası: "Neftçi” – "Neftçi” İK İB 3:2

Qollar: Nicat Musayev, Turan Əhmədov, avtoqol.

U-15 Liqası: "Neftçi” – "İnter” 1:0

Qol: Nəsir Ağalarov.

U-13 Liqası: "Vətən” – "Neftçi” 6:2

Qollar: Əli Məmmədov (2).

U-13 Qızlar Liqası: "Gömrükçü” – "Neftçi” 2:2

Qollar: Nurçin Tarverdizadə, Elvira Məmmədova.

U-12 Liqası: "İsgəndər Cavadov BFA” – "Neftçi” 0:3

Qollar: Cahangir Bayramlı, Səbuhi İmaməliyev, Yasin Çoban.

U-11 Liqası: "Amasiya” – "Neftçi” 1:12

Qollar: Lorenzo Mezzotero (4), Əli Aslanzadə (3), Rafael Hüseynov (2), Fərid Əhmədov, Amin Muradov, Rza Əlizadə.

U-10 Liqası: "Vətən” – "Neftçi” 1:6

Qollar: Lorenzo Mezzotero (3), Azər Məmmədzadə, Əbdüləziz Cabbarlı, Rəhim Tağıyev.

Sabahın ulduzları, U-9: "Neftçi” – "Azəri” 9:0

Qollar: Rüstəm Hüseynli (5), Yusif Yusifzadə, Ramin Əbiyev, Yusif Əliyev, Sərxan Əbilov.

Bütün xəbərlər Facebook səhifəmizdə