“Mənə səs verən hər kəsə təşəkkür edirəm. Messi və Neymarı da xatırlatmaq istərdim. Messi ilə yarışmıram, sadəcə, eyni dövrdə oynayırıq”. SİA-nın məlumatına görə, bu sözləri Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo deyib. 2017-ci ilin ən yaxşı futbolçusu seçilən porutqaliyalı hücumçu mükafatlandırma mərasimindən sonra İspaniya mətbuatına açıqlama verib.

O, ardıcıl ikinci dəfə bu mükafatı qazandığı üçün çox sevindiyini bildirib: “Real”ın azarkeşləri, məşqçiləri və prezidenti il boyun mənə dəstək oldular. Onlara minnətdaram. Ardıcıl ikinci dəfə bu mükafatı qazandığım üçün şadam”.

Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə