UEFA "Beşiktaş"ı cərimələyib. UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, buna Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Leyptsiq"lə ev oyununda "Vodafone Park"da elektrik enerjisinin kəsilməsi və tribunaların ortasındakı pilləkənlərin azarkeşlərlə dolması səbəb olub. Buna görə İstanbul klubu 25 min avro məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Leyptsiq" görüşü "qara qartallar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə