"Atletiko" Qabi ilə yeni müqavilə imzalayacaq

"Atletiko" Qabi ilə yeni müqavilə imzalayacaq

"Atletiko" kapitanı Qabi ilə yeni müqavilə imzalamağa hazırlaşır. "As" nəşrinin yazdığına görə, ispan yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2019-cu ilin iyununa kimi uzadılması barədə razılıq əldə olunub. Qabinin bu həftə Madrid klubu ilə yeni müqaviləyə imza atacağı gözlənilir.

Bildirilib ki, 34 yaşlı oyunçunu komandada saxlamağın əsas təşəbbüskarı baş məşqçi Dieqo Simeonedir. Qeyd edək ki, Qabi bu mövsüm La Liqada 8 matçda oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə