UEFA Çempionlar Liqasında çıxış edən üç klubu cəzalandırıb. UEFA-nın Nizam İntizam Komitəsi ÇL-in I turunda keçirilən “Seltik” – PSJ oyunu (0:5) barədə qərar verib. Azarkeşləri meydana kənar əşyalar atdığı üçün Şotlandiya təmsilçisi 10 min avro cərimələnib. Qonaq komandanın azarkeşləri isə kresloları sındırmaqla Paris klubunu 5 min avro ziyana salıb.
UEFA “Bazel”i də cərimələyib. “Mançester Yunayted”lə ilk turun oyununda azarkşeləri pirotexniki vasitələrdən istifadə edən İsveçrə klubu 12 min avro ödəməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB