Həmyerlimiz Türkiyədə növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Röyal Nəcəfov Türkiyədə növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" klubu 5-ci tur çərçivəsində səfərdə "Siverek Bələdiyəspor"un qonağı olub. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Röyal Nəcəfov qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb. O, komandasının 2-ci qolunun müəllifi olub. Nəcəfov Malatya təmsilçisinin heyətində qollarının sayını 2-yə çatdırıb. Bundan başqa o bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Qeyd edək ki, 5 turdan sonra 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 4 xalla 13 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə