Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası ilə oyunda Almaniya yığmasının heyətindən daha bir futbolçu çıxarılıb. SİA-nın məlumatına görə, bu futbolçu Kevin Qrosskroytçdır. Orta sahə oyunçusunun heyətdən çıxarılmasının səbəbi qrip olmasıdır. Almaniya Futbol Federasiyasından verilən açıqlamaya görə, baş məşqçi Yoahim Löv digər futbolçuları qorumaq və futbolçunun xəstəliyinin sağalması məqsədilə bu addımı atıb.
Xatırladaq ki, dünən də baş məşqçi ayaq topuğunda zədə olduğuna görə Bastian Şvaynştayqeri heyətdən çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB