59 yaşlı mütəxəssis Əlcəzair millisinin baş məşqçisi oldu

59 yaşlı mütəxəssis Əlcəzair millisinin baş məşqçisi oldu

Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib. Əlcəzair Futbol Federasiyasının rəsmi saytında yer alan xəbərə görə, yığmanı bundan sonra Rabah Madjer çalışdıracaq. 59 yaşlı mütəxəssis artıq üçüncü dəfədir ki bu vəzifəyə təyinat alıb. O, daha əvvəl 1993-1995 və 2001-2002-ci illərdə millinin baş məşqçisi olub.

Qeyd edək ki. Madjet baş məşqçi vəzifəsində Lukas Alkarası əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə