Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, dinləmələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Hakimlər Komitəsi 01 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının VIII turunun "İnter" - "Muğan" matçının baş hakiminin idarəçiliyi haqqında lazımi ölçü götürsün.
02 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının VIII turunun MOİK - "Gəncə" matçının 83-cü dəqiqəsində "Gəncə" klubunun 14 №-li futbolçusu Rafael Əmirbəyov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).
02 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının VIII turunun "Xəzər Lənkəran" - "Bakı" matçının 74-cü dəqiqəsində "Bakı" klubunun 85 №-li futbolçusu Silvinyo Joao De Karvalyo kobud oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olunur (maddə 38.3).
Matçın hakimi oyunun 85-ci dəqiqəsində "Xəzər-Lənkəran" klubunun 1 №-li futbolçusu Kamran Ağayevin rəqibə əl ilə zərbə endirdiyini görmədiyi üçün oyunun video yazısı və hakim-inspektorun raportuna əsaslanaraq futbolçu 4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olunur (maddə 38.3).
02 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, Azərbaycan I divizionunun V turunun "Şəmkir" -MKT "Araz" matçında MKT "Araz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
03 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, Azərbaycan I divizionunun V turunun "Göyəzən" - "Energetik" matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
03 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, Azərbaycan I divizionunun V turunun "Bakılı" - "Rəvan" matçının 35-ci dəqiqəsində "Bakılı" klubunun 18 №-li futbolçusu Sabir Lotov kobud oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 (dörd yüz) manat cərimə olunur (maddə 38.3). Fasilə zamanı "Bakılı" klubunun prezidenti Misir Əbilovun hakimi təhqir etdiyinə görə Misir Əbilov 5 oyunluq cəzalanır, klub 500 (beş yüz) manat cərimə olunur (maddə 42.4). Matçda yanğınsöndürmə maşını olmadığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 63).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB