“Olimpiakos” ilə oyun Messi üçün əlamətdar olub

“Olimpiakos” ilə oyun Messi üçün əlamətdar olub

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Olimpiakos” ilə oyun “Barselona” futbol klubunun hücumçusu Messi üçün əlamətdar olub. SİA-nın məlumatına görə, Messi görüşün 61-ci dəqiqəsində fərqlənməklə avrokuboklarda vurduğu qolların sayını 100-ə çatdırıb.

Otuz yaşlı argentinalı futbolçu qolların 97-sini Çempionlar Liqasında, 3-nü isə Avropa Super Kuboku yarışlarında vurub.

Qeyd edək ki, Messi yalnız Kriştianu Ronaldudan geri qalır. Belə ki, portuqaliyalı futbolçu avrokubolarda 113 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə