İbrahim Şehiç: "Komandamız Çempionlar Liqasına yaraşan oyun göstərdi" - AÇIQLAMA

"Bu gün biz ilk iki oyunla müqayisədə daha hazırlıqlı idik. Sübut etdik ki, qrup mərhələsinə layiqik. Komandamız Çempionlar Liqasına yaraşan oyun göstərdi". SİA-nın məlumatına görə, bunu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniya təmsilçisi "Atletiko" ilə Bakıda qolsuz heç-heçədən sonra "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib.

Bosniya və Herseqovinalı qolkiper çətin oyun olduğunu, əldə edilən bir xala görə sevindiyini ifadə edib: "Bir neçə qol şansımız da oldu. Ancaq yararlana bilmədik. Əsas odur ki, xal qazandıq. Buna sevinirik".

Qeyd edək ki, "Qarabağ" ÇL növbəti oyununun oktyabrın 31-də Madriddə "Atletiko"ya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...