"Neftçi" ilə oyundan sonra futbolçuları istirahətə buraxan AZAL bu gün məşqləri bərpa edəcək. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Şəfa" stadionunda toplaşacaq Nazim Süleymanovun yetirmələri 3 günlük istirahətin ardından təlimlərə başlayacaq. Çempionatda yaranan uzun fasilədən maksimim faydalanmağa çalışan məşqçilər korpusu xüsusi proqram tərtib edib. Hazırlıq planına əsasən komanda toplanışa cəlb olunacaq və gündə iki dəfə (səhər saat 11.00, axşam 17.00) meydançaya cıxacaq. Bu müddət ərzində AZAL-ın iki yoxlama oyunu keçirməsi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB