"Neftçi"dən böyükhesablı qələbə

"Neftçi” PFK-nın U-19 komandası Gənclər Liqasında növbəti qələbəsini qazanıb. SİA-nın məlumatına görə, komanda 5-ci turda "Neftçi” İK İB-yə böyük hesabla qalib gəlib - 4:0.

Aşağı yaş qrupları ilə yaxından maraqlanan və istedadlı futbolçulara xüsusi diqqət yetirən Tərlan Əhmədovun dünən əsas heyətlə məşqə cəlb etdiyi Orxan Fərəcov da bu oyunda fərqlənib. Digər qolları Şıxmirzə Mikayılov (2) və Fərid Mahmudov vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə