“Bakı" futbol klubunun 7 üzvü milli komandalara dəvət alıb

“Bakı" futbol klubunun 7 üzvü milli komandalara dəvət alıb
"Bakı" futbol klubunun 7 üzvü A milli komandalara dəvət alıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 8-də Avstriya, 12-də isə Türkiyə yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Bakı"nın 3 futbolçusunun xidmətlərindən yararlanmaq niyyətindədir. Oktyabrın 3-də start götürən təlim-məşq toplantısına qapıçı Aqil Məmmədov, yarımmüdafiəçi Fabio Luis Ramim və hücumçu Vaqif Cavadov dəvət olunub. Klubun daha 2 üzvü Moldova milli komandasının düşərgəsinə yollanıb. Bunlar Vadim Borets və Aleksey Savinovdur. İbrahim Karqbo Syerra-Leone, Dare Nibombe isə Togo yığmalarının şərəfini qorumaq uçun vətənlərinə yollanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə