"İnter" bəyanat yayıb
"İnter" Peşəkar İdman Klubu bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda elektron informasiya saytlarının birində "İnter"PİK rəhbərliyinin ünvanına əsası olmayan ciddi ittihama yol verildiyi qeyd olunur: "Həmin sayt "İnter"PİK rəhbərliyini matçın baş hakimilə pərdəarxası danışıqlara gedərək, oyunun nəticəsini "İnter" futbol komandasının xeyrinə dəyişməyə cəhd göstərməkdə ittiham etməyə çalışıb. "İnter"PİK-in rəhbərliyi cəsarətsizlik nümayiş etdirərək "etibarlı mənbə"nin adını açıqlamayan saytın bu addımını yalnız və yalnız ucuz özünüreklam fəndi kimi qiymətləndirir və belə hərəkətlərin jurnalist etikasına uyğun gəlmədiyini bəyan edir".

Bütün xəbərlər Facebook səhifəmizdə