Türkiyənin Samsun şəhərində voleybol üzrə "Errea Cup-2010" beynəlxalq turniri keçirilib. SİA-nın məlumatına görə, turnirdə ölkəmizin idman şərəfini "Rabitə" və "İqtisadçı" komandaları qoruyublar.
Bürünc medal uğrunda yarışda "Rabitə" klubu "İqtisadçı"nı 3:2 hesabı ilə məğlub edərək yarışı üçüncü pillədə başa vurub.
Turnirdə Türkiyənin "Eczaçıbaşı Vitra" komandası qızıl, "Vakıfbank Güneş Sığorta" klubu isə gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB