Bu gün gənc cüdoçular arasında dünya birinciliyi start götürəcək

Bu gün gənc cüdoçular arasında dünya birinciliyi start götürəcək

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında dünya birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq. Birincilikdə yığmamız 15 cüdoçu ilə təmsil olunacaq. Artıq idmançılarımızın ilk rəqiblərinin adlarına aydınlıq gəlib.

Kişilər

55 kq

Natiq Qurbanlı – Takano Daiçi (Yaponiya)

Rəşxan Baxışəliyev – Adam İsaev (Rusiya)

60 kq

Kəramət Hüseynov – Şenqbum Jeon (Cənubi Koreya)/Angelo Pantano (İtaliya)

Əhməd Yusifov – Myaqmardorj Batgerel (Monqolustan)

66 kq

Yaqub Cavadov – Borxe Angelov (Makedoniya)

İsmayıl İbrahimov – Lovr Barisiç (Xorvatiya)/Hamza Caşari (Makedoniya)

73 kq

Hidayət Heydərov – Kristofer Vaqner (Avstriya)/Hideyuki İşiquka (Yaponiya)

Murad Fətiyev – Akılbek Serik (Qazaxıstan)

100 kq

Zelim Kotsoyev – Minçeol Çoi (Cənubi Koreya)

Musa Şəkərəliyev – Filip Milyeviç (Xorvatiya)

Qadınlar

48 kq

Gültac Məmmədəliyeva – Andrea Stoyadinov (Serbiya)

Leyla Əliyeva – Xorloo Battamir (Monqolustan)

52 kq

Nəzakət Əzizova – İkram Sukate (Mərakeş)

Buyanxişik Purevsuren – Nadejda Petroviç (Serbiya)

57 kq

İçinxorlu Munxtsedev – Vera Zemanova (Çexiya)

Qeyd edək ki, yarışa 87 ölkənin idmançılarının qatılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə