"Qarabağ" istirahətə çıxıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov milli oyunlarla əlaqədar olaraq yaranmış fasilə səbəbindən "Turan"la keçirilmiş matçdan sonra futbolçuları 1 həftəlik istirahətə buraxıb. Azərbaycan millisinə göndərilən 7 futbolçu ilə yanaşı, Albaniya və Latviya millisinə 3 futbolçunun yollanması nəticəsində komandanınn tam heyətlə çalışa bilməməsi baş məşqçiniin adekvat addım atmasına səbəb olub.
Qeyd edək ki, oktyabrın 7-dən etibarən komanda yenidən yığışıb məşqlərə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB