Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, pəhləvanlarımız çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar.
Sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn M.İbadov veteranlar arasında dünya çempionu olub.
Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz dünya çempionatının gümüş medalına yiyələnib.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB