"Napoli"nin prezidenti Aurelio De Laurentis Çempionlar Liqasında "Mançester Siti" ilə oyundan öncə fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, italyan funksioner rəqibin baş məşqçisi Xosep Qvardiolanın bacarığına xüsusi diqqət çəkib: "Bizim üçün "İnter"lə oyun da vacibdir. "Roma"nın baş məşqçisi Di Françesko bizə qalib gəlmək istədiklərini deyirdi. Bu, mənim xoşuma gəldi. Çünki onun sözləri bizi motivasiya etdi. Qvardiolanın sözləri də komandamızın diqqətli olmasına təsir göstərməlidir. O, qoca tülükdür. "Mançester Siti" ilə qarşılaşma bizim üçün ağır olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB