Gənclər və İdman Nazirliyində yeni təyinat FOTO

Gənclər və İdman Nazirliyində yeni təyinat FOTO

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, bu gündən Novruzov Namiq Samur oğlu sözügedən vəzifəni icra edəcək.

Namiq Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Timwater high school” da davam etdirib.

1995-96-cı illərdə ABŞ-ın “Centralia Community Colleg” nin siyasi elmlər fakultəsində təhsil alıb.

N.Novruzov 1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil alıb, 1999-cu ildə İngiltərənin Loverpool John Murs universitetinə qəbul olunub, daha sonra isə təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində davam etdirib.

O, 2003-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

2007-2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakültəsində təhsil alıb.

2000-ci ildə “BM” hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlayıb və 2006-cı ildə həmin şirkətdə vitse-prezident vəzifəsinə qədər yüksəlib.

2007-2010-cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

N.Novruzov 2017-ci ilin oktyabr ayında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə