Şəhriyar Əliyev "Neftçi"yə qarşı oynamayacaq

Şəhriyar Əliyev "Neftçi"yə qarşı oynamayacaq

Gəncənin "Kəpəz" klubu ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, baş məşqçi Şahin Diniyev Şəhriyar Əliyevin xidmətindən məhrum olub.

Belə ki, 24 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Zirə" ilə oyunun 82-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Şəhriyar vərəqə limitini doldurub. Mövsümün 4-cü xəbərdarlığını alan müdafiəçi IX turda "Neftçi"yə qarşı oynamayacaq.

Qeyd edək ki, "Zirə" ilə hər iki oyunda sarı vərəqə alan Şəhriyar "İnter" və "Qarabağ"la matçlarda da cəzalınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə