Kristian Horner: “Fettelin bu uğursuzluğu azarkeşlər üçün “öldürücü zərbə” oldu” - AÇIQLAMA

Kristian Horner: “Fettelin bu uğursuzluğu azarkeşlər üçün “öldürücü zərbə” oldu” - AÇIQLAMA

“Red Bull” komandasının rəhbəri Kristian Horner “Ferrari”nin pilotu Sebastyan Fettelin Yaponiya Qran Prisində yarışdan kənar qalmasının çempionluq ümidi ilə yaşayan azarkeşlərə “öldürücü zərbə” olduğunu deyib. SİA-nın məlumatına görə, o, “Ferrari” və Fettelin mövsümün son yarışına qədər çempionluq üçün mübarizə aparacaqlarına söz vermələrinə baxmayaraq, bunu bacarmamalarına görə təəssüflənib: “Mercedes”in pilotu Həmilton sona 4 yarış qalmış 59 xalla önə keçməyi bacardı. Fettel açıq şəkildə bəzi şanssızlıqlarla üzləşdi. Onun adına təəssüflənirəm. Çünki Fettelin bu uğursuzluğu azarkeşlər üçün “öldürücü zərbə” oldu. Görünür, yaz tətili ərəfəsində olduqca həyəcanlı çempionluq mübarizəsi izləməyəcəyik. Kənardan komanda haqda danışmaq çətindir. F1 texnikalı idman növüdür. Hazırda maşınlar çox qarışıqdır. İşlər tərs gedə bilər. Bunu bu il öz komandamızda da gördük. “Ferrari”nin bu vəziyyətə necə reaksiya verəcəyini düşünmək mənim işim deyil”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə