Otüstü hokkey üzrə IX Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib

Otüstü hokkey üzrə IX Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib

Otüstü hokkey üzrə IX Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yüksək dəstədə çıxış edən kişi komandalarının mübarizəsində ötən ilki çempion - "Atasport"la gümüş mükafatçı "Akkord"un qarşılaşması prinsipial əhəmiyyət kəsb edirdi. Çempionun qələbəsi qarşıdakı turların daha da maraqlı keçəcəyinə şərait yaradacaqdı. Çünki rəqiblər arasındakı xal fərqi 3-ə enəcəkdi. Bu fərqi isə qarşıdakı 3 turda aradan götürmək o qədər də çətin deyildi. Amma hər şey gözlənilənlərin əksinə oldu. "Atasport" oyunun 18-ci dəqiqəsinə qədər 2:0 hesabı ilə irəli çıxsa da yekunda 2:3 hesabı ilə uduzaraq demək olar ki, qızıl medallardan əlini üzdü."Akkord" çempionluğu artıq heç kimdə şübhə yaratmır. Bu adın rəsmləşdirilməsi üçün baş məşqçi Feyzulla Rəhimbəyovun yetirmələrinə qalan 3 görüşdən cəmi bir xal götürmək kifayətdir. Yüksək dəstədə digər oyunda gözlənildiyi kimi "Şahdağ" "Gənclik" komandasını məğlubiyyətə uğradıb. Birinci dəstədə yarışan kişi komandalarının yarışında da 9-cu tura yekun vurulub. Nizami RİOEUGİM-nin hokkeyçiləri "Kür"ün qapısından 4 cavabsız top keçirib. "Göytəpə""Gəncə" ilə oyuna gəlmədiyinə görə texniki məğlubiyyət alıb.

Qadınların birinciliyində paytaxt təmsilçiləri rəqiblərindən güclü olduqlarını sübuta yetiriblər. "Bakı" "Sumqayıt"a, Nizami RİOEUGİM "Şahdağ"a, "Atasport -2" isə "Xəzər"ə qalib gəlib. 
İkinci dəstədə mübarizə aparan kişi komandaları da iki oyunda qarşılaşıblar. "Təhsil"(Sumqayıt) "Xəzər"i məğlub edib. "Astara" – "Şəki" matçında heç- heçə qeydə alınıb. 

 
Turun statistikası: 
Yüksək dəstə
"Atasport (Bakı) – "Akkord" (Bakı) – 2:3 
Qollar: Vitali Çequrko 8, Zöhrab Əlmirzəyev 18("Atasport"), Saleh Balamiyev 20,49, Ramin Mayılov 27("Akkord").
"Şahdağ"(Qusar) – "Gənclik" (Sumqayıt) – 4:1 
 Qollar: Vüqar Dərvişov 10,41,Yalçın Qayıbov 18, Baba Səfərov 63("Şahdağ"), Kənan Şirinov 64pen.("Gənclik"). Bombardir: Saleh Balamiyev ("Akkord") 25 qol 
Birinci dəstə 
Nizami RİOEUGİM – "Kür" (Mingəçevir) - 4:0
"Göytəpə" (Cəlilabad) – "Gəncə" -:+ 0:5 
Qadınlar 
 "Bakı"–"Sumqayıt"– 4:1 
 Qollar: Ceyhunə Məhərrəmova 14,Amaliya Həsənova 45,56, Olqa Ozeranskaya 47 ("Bakı"), Günay Əliyeva 48.
"Şahdağ"(Qusar) – Nizami RİOEUGİM – 0:7 
Qollar: Nurlanə Mövsümova 9,22, 33, Emilya Həsənova 23,29, Xalidə Zeynalova 27, Fatma Orucova 55
"Xəzər"(Lənkəran) – "Atasport-2" (Bakı) 0:5
Qollar: Fəridə Məmmədova 7,12,31, Zümrüd Məmmədova 23, Yekaterina Semyonova 51.
Bombardir: Nəsibə Safayeva (Nizami RİOEUGİM) - 21 qol
İkinci dəstə
"Astara" - "Şəki" - 1:1
"Xəzər" (Lənkəran) - "Təhsil" (Sumqayıt) - 3:4

Bütün xəbərlər Facebook səhifəmizdə