U-17-nin son oyunu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirəcək. SİA-nın məlumatına görə, futbolçularımız Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda Bolqarıstan yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşmanın hakimlərini diqqətinizə çatdırırıq:

Baş hakim: Barbeno Luca (San Marino)

Baş hakimin köməkçiləri: Gian Marco Ercolani (San Marino), İbrahim Çağlar Uyarcan (Türkiyə)

Dördüncü hakim: Halil Umut Meler (Türkiyə)

UEFA nümayəndəsi: Yauheni Tratsiuk (Belarus)

Hakim-inspektor: Dejan Filipovic (Serbiya)

Bütün xəbərlər Facebook səhifəmizdə