“Trabzonspor” baş məşqçisini istefaya göndərib

“Trabzonspor” baş məşqçisini istefaya göndərib

Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Ərsun Yanalı istefaya göndərib. SİA-nın məlumatına görə, mövsümə uğursuz başlayan komandanın ötən gün “Akhisar”a 1:6 hesabı ilə məğlubiyyəti klub rəhbərliyinin bu qərarı verməsinə səbəb olub.

Qeyd edək ki, “qaradənizlilər” 8 turndan sonra 9 xalla 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə