“Roma” ciddi itki ilə üzləşib

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Roma” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “canavarlar”ın müdafiəçisi Kostas Manolas sıradan çıxıb. O, İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən “Napoli” ilə ev oyununda (0:1) zədələnib.

İtaliya mətbuatı yunan futbolçunun “Çelsi” ilə ÇL oyununda meydana çıxmayacağını yazıb. Qeyd edək ki, “Çelsi” - “Roma” oyunu oktyabrın 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə