İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir. Belə ki, turun mərkəzi görüşü Madriddə olub. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində rəqiblərindən olan “Atletiko” lider “Barselona”nı qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Bununla da cari mövsüm keçirdiyi 7 görüşün hamısında qalib gələn “Barsa” ilk xal itkisi ilə üzləşib.
"Atletiko" - "Barselona" - 1:1
Qollarr: Niguez, (1:0), Suarez, 82 (1:1)
Bu nəticədən sonra “Barselona” 22 xalla 1-ci, “Real” 2-ci (17 xal), “Atletiko” isə (16 xal) 3-cüdür.
Qeyd edək ki, “Atletiko” oktyabrın 18-də Bakıda “Qarabağ”ın qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB