“Araz” Rumıniya çempionuna uduzdu

“Araz” Rumıniya çempionuna uduzdu

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvanın “Araz” klubu dünən qrupda sonuncu oyununu keçirib. Təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb. Görüş 6:3 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Hazırda qrupda ikinci olan Joze Alesionun rəhbərlik etdiyi Azərbaycan komandası elit-raunda vəsiqə qazana bilməyib.

Oyunu Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya) və Şota Kukhilava (Gürcüstan) idarə edib.

Qeyd edək ki, “Araz” əvvəl keçirdiyi oyunlarda Bosniya və Herseqovinanın “Mostar” komandasına 5:2, Malta çempionu “St Andreus”a isə 6:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Araz”ın yer aldığı qrupdan elit-raunda yalnız birinci yerin sahibi komanda vəsiqə qazanır.

Bütün xəbərlər Facebook səhifəmizdə