“Qəbələ” “Sumqayıt”a qalib gəldi

“Qəbələ” “Sumqayıt”a qalib gəldi

Futbol üzrə Topaz Premyer Liqasının VIII turu çərçivəsində günün ikinci oyununda “Sumqayıt” komandası “Qəbələ” klubu ilə qarşılaşıb. Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən görüşün ilk hissəsində “Qəbələ” komandası hesabı açıb. Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun 29-cu dəqiqəsində Famussa Kone topu qapıdan keçirib.

Qarşılaşmanın ikinci hissəsində Sumqayıt şəhər təmsilçisinin təhlükəli hücumlarına baxmayaraq, oyunda hesabı bərabərləşdirmək mümkün olmayıb. Beləliklə, görüş “Qəbələ”nin 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Xatırladaq ki, günün ilk oyununda “Zirə” komandası doğma meydanda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə