“Zirə” “Kəpəz”i məğlub edib

“Zirə”  “Kəpəz”i məğlub edib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Zirə” komandası “Kəpəz”i qəbul edib. Zirə Olimpiya İdman Kompleksində keçirilən oyunun ilk hissəsində hesab açılmayıb.

Görüşün 47-ci dəqiqəsində “Zirə”nin futbolçusu Təmkin Xəlilzadə fərqlənib. On dörd dəqiqə sonra T.Xəlilzadə dublunu rəsmiləşdirib. Görüşün 76-cı dəqiqəsində Riçard Qadze üçüncü topu Gəncə təmsilçisinin qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə